lichess.org
Donate

balaca

Bir zamanlar,

bir qəribə adam var idi. O qərara gəlmişdi ki,həyatında 3 önəmli şey olacaq:

  1. O, saçını hamı kimi yox, digər tərəfə darayacaqdı.
  2. O, burnunun altında xırda bığ saxlayacaqdı.
  3. Bir gün o bütün dünyanı idarə edəcəkdi.

Cavan oğlan dünyanı necə əldə etməyi düşünərək, planlaşdıraraq və hesablamalar apararaq xeyli gəzib-dolaşdı. Və bir gün ona ilham gəldi — ideal bir plan. O, uşağıyla gəzən bir ana gördü. Ana öz uşağını o qədər danladı ki, sonda uşaq ağladı. Bir neçə dəqiqədən sonra isə ana onunla çox yumşaq danışdı və uşaq sakitləşdi, hətta güldü. Cavan oğlan anaya doğru atılaraq, onu qucaqladı.

-Sözlər! - O, istehzayla gülümsündü.

-Nə?

Ancaq o cavab vermədi. O artıq qaçıb getmişdi.
Hə, fürer qərara gəldi ki, dünyanı sözlərlə fəth edəcək.

-Mən heç vaxt tüfəngdən atəş açmayacağam, - o bəyan etdi. - Bu mənə lazım olmayacaq.

O, qətiyyən şüursuz deyildi. Bu məsələdə onu tərifləmək olar. O heç də axmaq deyildi. Hücuma başlamaq üçün öz ölkəsinin hər yerində sözlər əkməyə qərar verdi.
O, gecə-gündüz sözləri əkir və onlara qulluq edirdi.
Sözlərin boy artmasını müşahidə edirdi — və budur, bir gün sıx söz meşələri bütün Almaniyada səs salmağa başladı... Ölkə yetişmiş düşüncələr ölkəsinə çevrildi.

Sözlər boy artdıqca bizim gənc fürer başqa toxumlar da səpməyə başladı — işarələr yetişdirmək üçün. Və bu ştillər də artıq çiçəklənmək üzrəydi. Vədə gəlib çatmışdı. Fürer işə başladı.
O, meşədən öz əlləri ilə topladığı ən gözəl və ən qüsurlu sözlərlə xalqı öz möhtəşəm ürəyinə dəvət etməyə başladı. Və insanlar gəldilər.

Onları konveynerə düzüb daim hərəkətdə olan maşından keçirir və bir neçə saniyədə hər birinin içinə bütöv bir ömür qoyurdular. Onların daxili sözlərlə doldurulurdu. Vaxt keçir və insanlar bilməli olduqları hər şeyi artlq bilirdilər. Onlar hipnoz altına düşmüşdülər.

Sonra insanlara uyğun gələn işarələri payladılar və hamı xoşbəxt oldu. (yəni xoşbəxt olmağa məcbur olundu, eyniylə 1984 kimi)

Tezliklə, şərəfli qüsurlu sözlər və işarələr üçün tələbat o qədər artdı ki, böyüyən meşələrə qulluq etmək üçün daha çox insan lazım oldu. Bəzilərinin işi vardı: onlar ağaclara dırmaşıb sözləri aşağı atırdılar, aşağıdakılar isə onları toplayırdılar. Toplanmış sözləri fürerin xalqının qalıqlarına ötürürdülər, hələ əlavə üçün gələnləri nəzərdə tutmuram. Ağaca dırmaşan adamlar “sözsilkələyənlər” adlanırdı.
Sözlərin gerçək gücünü bilənlər ən yaxşı sözsilkələyənlərə çevrilirdi. Onlar həmişə hamıdan yuxarı dırmaşmağı bacarırdılar. Belə sözsilkələyənlərdən biri də balaca, arıq bir qızcığaz idi. Sadəcə 12 yaşı var idi, o hələ də uşaq hesab olunurdu. Lakin, öz meşəsində hamıdan yaxşı idi, çünki sözsüz insanın necə köməksiz olduğunu bilirdi.

Buna görə də o hamıdan yuxarı dırmanmağı bacarırdı. Qızcığazda bir aclıq var idi. O sözdən doymurdu.

Fəqət, bir gün o ağaca dırmaşıb əllərindəki sözləri yerə atmaq əvəzinə, onların bir neçəsini seçdi – sevgi, azadlıq, gülüş, sevinc, ümid (hansı ki, heç kim cəsarət edib o sözlərə toxunmazdı). Sonra balaca qız, gözlərini yumdu və bu sözlərlə bir cümlə qurdu.
Cümlə sakitcə havaya qalxdı, küləklə birlikdə meşənin dərinliklərinə uçdu. Bu təkcə bir qızcığazın səsi deyildi — bu bir uşağın xəyal gücünün səssiz qışqırığı idi.
Bu sözlərin toxumu başqa cür idi. Onlar böyüyəndə digər sözləri susdururdu. Fürerin yetişdirdiyi qüsurlu sözlər bu toxumlara yaxınlaşanda solub yox olmağa başlayırdı.

Yenidən deyirəm, fürer axmaq deyildi. Zira, o nə baş verdiyini anlamadı, sadəcə təxmin etdi.

Qızcığazı tapmaq üçün meşənin ən uca ağacına çıxdı. Onun gözü qızcığazın qurduğu xəyal cümləsinə sataşdı və donub qaldı.

– Bu nədir? – deyə soruşdu.

Qızcığaz yalnız bircə söz dedi:
– Uşaqlıq.

Fürer o an ilk dəfə qorxdu. Çünki uşaqlığın tapançası yox idi fürer kimi, amma xəyal gücü vardı (fürerdən fərqli olaraq).

Qızcığaz gülümsədi. Və dedi:
– ... Sən parkda ağlayan uşağı xatırlayırsan? Həmin an anamın məni necə danlayıb sonra necə sakitləşdirdiyini görmüşdün. Sənə sözlərin gücünü göstərən mən idim. Sözlər sənə rahatlıq verəcəkdi, amma sən onları yara açmaq üçün əkdin.

Qızcığaz gözlərini yumdu və son sözünü pıçıldadı:
– Mən sadəcə oynayırdım... hıh, bu dəfə sözlərlə oynadım, qalib gəldim.

Meşə parladı. Bütün sözlər azadlığa qovuşdu. İnsanların içindəki hipnoz qırıldı. Gözləri açıldı. Fürerin imperiyası səssizcə yıxıldı.

### Göydən 3 alma düşdü: Biri fürerin, biri bu nağılı danışan yəhudinin, biri də kitab oğrusunun.
{3-ü də çürük} = çünki əsərin sonluğu mənimdir (ilahi haqq ədalət)

Bilirəm, gecikmişəm. Yenə də, keçmiş 1 iyun - Beynəlxalq Uşaqlar Günü münasibətilə sizi təbrik edirəm! Gecəniz xeyrə qalsın, yuxunuz şirin, təxəyyülünüz geniş olsun! <mənim kimi :))

ב.פ