1. ..? (g4 // proprietary}
"The Midnight Library"Ölməyə qərar verməzdən on doqquz il öncə Nora Siid Bedford şəhərinin "Hazelden Məktəb"inin isti kiçik kitabxanasında oturdu. Gözünü alçaq stolun üzərindəki şahmat lövhəsinə zilləmişdi.
"Nora, əzizim, gələcəyin haqqında narahat olmaq normaldır" - gözləri şaxtalı havadakı gün şüası kimi parlayan kitabxanaçı Mrs.Luiza dedi.
Mrs.Luiza ilk gedişini etdi. At ağ piyadaların üzərindən atılıb keçdi.(At f3)
"Əlbəttə ki, imtahanların haqda narahat olacaqsan. Lakin, sən istədiyin adam ola bilərsən, Nora. Qarşındakı imkanlar haqda düşün. Bu, heyratamizdir."
"Bəli, düşünürəm ki, elədir."
"Qarşında bütöv bir həyat var."
"Bütöv bir həyat."
"Sən istədiyini edə bilərsən, istədiyin yerdə yaşaya bilərsən. Haradasa, bir az daha isti və daha quru bir yerdə."
Nora piyadanı iki addım irəli sürdü.(d5)
Mrs.Luizanı, Noraya düzəldilməsi tələb olunan bir səhv kimi davranan anası ilə müqayisə etmək çətin idi. Misal üçün, Nora kiçik olarkən anası onun sol qulağının sağ qulağına nisbətən daha qabarıq olduğuna görə o qədər narahat idi ki, hətta vəziyyəti düzəltmək üçün yapışqanlı lentdən istifadə etmiş və sonra yun papağının altında gizlətmişdi.
"Soyuğa və rütubətə nifrət edirəm" - deyə Mrs.Luiza xüsusi vurğulayaraq əlavə etdi.
Mrs.Luizanın qısa ağ saçları və yaşıla çalan nazik boynunun üzərində qərarlaşmış, bir az qırışlı ağ yumru üzü var idi. Kifayət qədər yaşlı idi. Lakin o, bütün günü məktəbdə Nora ilə eyni dalğa tezliyində olan yeganə adam idi və yağış yağmayan günlərdə belə o, günorta tənəffüsünü bütünlüklə kiçik kitabxanada keçirirdi.
"Soyuq və rütubət heç də həmişə birlikdə olmur." - Nora dedi - "Antarktika planetin ən quru materikidir. Texniki olaraq səhradır."
"Deyəsən bu sənin maraq dairəndədir."
"Maraq dairəmdən uzaqdır deməzdim."
"Sən astronavt olmalısan. Bütün kainatı gəzib dolanardın."
Nora gülümsədi. "Başqa planetlərdə yağış daha pisdir."
"Bedfrordshirdəkindən də pisdir?"
"Venerada yandırıcı turşu yağır."
Mrs.Luiza paltarının qolundan dəsmal çıxarıb nəzakətlə burnunu sildi. "Görürsən? Səndə olan beyinlə istədiyin peşəni seçə bilərsən."
Nora yağışdan islanmış pəncərədən, ondan bir neçə sinif aşağı oxuyan tanıdığı sarışın oğlanın həyətdə qaçdığını gördü. Ya o, kimisə qovurdu, ya da kimsə onu qovurdu. Qardaşı gedəndən burada özünü bir az müdafiəsiz hiss edirdi. Kitabxana, kiçik sivilizasiya sığınacağı idi.
"Atam mənim hər şeyi kənara tulladığımı düşünür. Mən üzməkdən vaz keçmişəm artıq."
"Mənim fikrimcə isə, bu dünyada sürətli üzməkdən daha maraqlı işlər var. Keçən həftə dediyim kimi, buzlaqşünas ola bilərsən. Mən araşdırma apardım və ... ."
Elə bu an telefon zəng çaldı.
"Bir dəqiqə," - Mrs.Luiza yumşaq səslə dedi. - "Yaxşısı budur, cavab verim."
Bir an sonra Nora telefonla danışan Mrs.Luizaya baxırdı. "Bəli, buradadır." Keçirdiyi daxili şok kitabxanaçının üzündə əks olundu. Üzünü Noradan kənara çevirsə də sözləri bütün otaqda eşidilirdi: - " Aman Allah. Yox. Aman Allah... Əlbəttə... ."
Şahmat sonsuzdur. Və sən oyununun necə bitəcəyini bilmirsən, həyat kimi. Hər bir insan sonsuzluğu təmsil edir. Bizim qarşımızda sonsuz imkanlar var. Onları biz seçirik. Biz qərar veririk. Sonsuzlarla oynayarsansa, sonsuzluq olarsan. (yəni, mənə görə,..)
Noranın 19 il sonra nə etdiyini bilməyini istəyirsiniz? O ölmədi. Həkimlər onu həyata qaytardı və xeyli düşündü. nəticə:
Yaşamadığımız həyatlar üçün təəssüflənmək asandır. Keçmişdə müxtəlif təkliflərə “hə” və ya “yox” cavabını verməyi, fərqli peşələrə sahib olmağı arzulamaq asandır. Zamanında daha çox oxumağı, daha düzgün insanı sevməyi, daha çox seçmə şansının olmasını, daha çox sağlamlığa fikir verməyi arzulamaq asandır. Qazanmadığımız dostları, ayaq basmadığımız yerləri, kəşf etmədiyimiz bacarıqlarımızı, görmədiyimiz işləri, böyütmədiyiniz övladları itirmək çox asandır. Özünü başqa insanların prizmasından görmək çətin deyil və onların səni görmək istədikləri adam olmağı arzulamaq çətin deyil. Sonsuza qədər, vaxtımız bitənə qədər təəsüflənmək çətin deyil.
Əsas problem yaşamaq istədiyimiz həyatı yaşaya bilmədiyimizdə deyil. Problem təəssüflənməkdədir. Sıxılmağımıza, əzab çəkməyimizə və həm başqaları, həm də özümüz üçün ən böyük düşmən kimi özümüzü görməyimizin səbəbi məhz təəssüfdür. Yəni, qalib olmağın necə bir hiss olmasını bilmək üçün bütün oyunlarda iştirak etməyimiz vacib deyil. Musiqini anlamaq, ondan zövq almaq üçün dünyadakı bütün mahnıları eşitməyimiz vacib deyil. Sevgi, sevinc və ağrı universal hisslərdir.
Sadəcə mövcudluğu hiss etmək lazımdır. Həyatı anlamaq deyil, yaşamaq lazımdır.
Mümkünsüzlükdən mümkünlüyə doğru on min mil yol. Ölümdən həyata.
Səma qaralır,
Qara mavini örtür.
Ulduzlar isə hələ də görünür,
Sənin üçün parlayır.
