Your network blocks the Lichess assets!

lichess.org
Donate

trop beau

where is my mind:)︎

300

Bu sadəcə rəqəmdir.
Amma nədənsə hamı buna həyat verir.
Sanki 300 nəfəs alır, 280 isə komaya düşür (haha)

Bazar.
Tarix: 26 aprel.
Kollektiv stress günü.
İnsanlar qəribədir.
Hamı eyni cümləni fərqli tonla deyir:
“İnşallah 300.”
İnşallah?
Bu artıq dua mərhələsidir. Riyaziyyat çoxdan çıxıb gedib)

Mən isə hesablayıram.
300 – mükəmməllik
280 – “yaxşı”
260 – “pis”
Zira real həyatda?
280 ilə 260 arasında fərq = insanların üz ifadəsi.
Başqa heç nə.

3d39c364105ac84dfc91b6f367259f1a.jpg

Dünən bir şey oldu.
Çox kiçik.
Avtobusda dərs edirdim.
Qulağımda qulaqcıq.
Qarşımda anasının qucağında bir uşaq əyləşmişdi.
Onlar bir-biri ilə oynayıb, əylənirdilər.
Və mən... güldüm.
Səbəbsiz.
Plansız.
Balla əlaqəsiz.

Bu hissi heç kim ölçmür.
Heç kim demir:
“Bu gün 17 bal xoşbəxtlik yığdım.”
Lakin 300 yığmayanda faciədir...

“balaca professor” kimi bir nəticəyə gəldim:
İnsanlar ölçülə bilən şeyləri daha çox sevir.
Çünki ölçmək rahatdır. Onda rəqəmlər mübahisə etmir.
Amma hisslər... Onları nə ölçmək olur, nə də izah etmək.
Ona görə də biz onları çox vaxt görməzdən gəlirik.
Çünki bəlkə də həyatın ən qəribə paradoksu budur:
İnsan maksimum-u qazanmağa çalışarkən, minimum-lar sayəsində ayaqda qalır.

we are mortal men, we serve to an ideal, but can not always be ideal. ~conclave

Maraqlıdır.
Son vaxtlar qəribə bir şey fərq etmişəm.
İnsanlar xoşbəxtliyi çox böyüdür.
O qədər böyüdür ki, sonda ona çata bilmirlər.
Sanki xoşbəxt olmaq üçün mütləq xüsusi bir gün olmalıdır, xüsusi bir nəticə, xüsusi bir səbəb.
Və məncə, problem də burdan başlayır.

Çünki xoşbəxtlik çox vaxt xüsusi olmur.
O, çox sadə olur.
Hətta o qədər sadə olur ki, biz onu ciddi qəbul etmirik.

e5b4f66eb5e355637bb6353f2a036eb3.jpg

Yəni gözəl vətəndaşlar,
İnsanın dəyəri onun ən yüksək nəticəsi ilə yox,
onun ən sadə anlarda necə hiss etdiyi ilə ölçülür.
Məsələn, səbəbsiz gülümsəyə bilirsənsə,
deməli sən okay-sən!


Bir dəfə dərsdən çıxanda hava qəribə yaxşı idi.
Nə bayram idi, nə də xüsusi bir hadisə olmuşdu.
Sadəcə külək yüngül idi, günəş göz yormurdu, və küçədə insanlar adi həyatlarını yaşayırdı.
Tennis oynayıb yorulmuşdum. Hazırlığa gedirdim..
Daha sonra birdən səbəbsiz sevinc hiss etdim.
Və bir anlıq düşündüm:
“Bu nə idi indi?”

Heç nə.
Sadəcə bir an.

знаешь:) heç kim bu anları saymır.
Heç kim demir: “Bu gün 5 dəfə səbəbsiz gülümsədim.”
Amma hamı deyir: “Neçə bal yığdın?”

Sanki birinci vacib deyil.

Məncə, sadə - saf xoşbəxtlik çox səssizdir.
O, diqqət çəkmir. O, sübut tələb etmir. O, paylaşılmasa da mövcuddur.
Bəlkə də buna görə insanlar onu tez itirir.
Çünki səssiz olan şeyləri qorumaq çətindir.

bir fikir daha:
Əgər sən bu kiçik anları görə bilirsənsə, deməli sən hələ tələsmirsən.
Deməli, sən hər şeyi yalnız nəticəyə bağlamamısan.
Deməli, sən hələ də yaşayırsan, sadəcə mövcud olmursan.

7ef7124cb476ce5fc251850668c16570.jpg
Bazar günü gələcək.
İmtahan olacaq.
Rəqəmlər yenə danışacaq.
mən ümid edirəm ki, hər şey bitəndən sonra belə,
sən yenə də küləyi hiss edə biləcəksən, yenə də səbəbsiz gülümsəyə biləcəksən.

Çünki maybe ən realistik xoşbəxtlik budur:
Heç bir səbəb olmadan yaxşı hiss etmək.

demək istədiyim:
Bəlkə problem sistem deyil.
Bəlkə bizik.
Çünki biz özümüzü yalnız zirvədə qəbul etməyə öyrəşmişik.
Sanki xoşbəxtlik də buraxılış imtahanıdır

Mən 300 yığaram ya yox — bilmirəm. (ehtimallar aşağıdır)
Amma bir şeyi ehtimalsız - dəqiq bilirəm:
Əgər mən hələ də boş-boş buludlara baxa bilirəmsə,
əgər mən hələ də səbəbsiz gülə bilirəmsə,
o zaman mən qalibəm.

there is only one you and isn't that wonderful?

ב.פ